Diaspora Komitəsi fransada döyülən tələbələrimiz barədə məlumat yaydı
12:33 27-02-2013
SİYASƏT
Dövlət Komitəsi Fransada Azərbaycan diasporu üzvlərinin ermənilər və fransız deputat tərəfindən vəhşicəsinə döyülməsi barədə məlumat yayıb
Diasporla İş üzrə Dövlət Komitəsi Fransada Azərbaycan diasporu üzvlərinin ermənilər və fransız deputat tərəfindən vəhşicəsinə döyülməsi barədə məlumat yayıb.
Komitənin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, dünən Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.
“Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər”.
Komitədən bildirilib ki, Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Fransadakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, Avropa Azərbaycanları Konqresinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvüdür. Komitə bir neçə gün öncə Türkiyədə Xocalı soyqırımı ilə bağlı quraşdırılan stendlərin naməlum qrup tərəfindən dağıdıldığını xatırladıb: “Bütün bunlar erməni lobbisi və diasporunun Azərbaycan diaspor təşkilatlarının fəallaşmasından ciddi narahatlıq keçirdiyini bir daha təsdiqləyir. Dövlət Komitəsinə daxil olmuş məlumatların təhlili göstərir ki, bu cür insidentlərin gələcəkdə də baş verməsi mümkündür. Lakin belə təşəbbüslər Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əngəlləyə və Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkindirə bilməz. Hal-hazırda Diasporla Iş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və digər müvafiq dövlət orqanları ilə birlikdə məsələni araşdırır və günahkarların Fransa qanunlarına uyğun şəkildə cəzalandırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə çalışır”.
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05