Mingəçevirdə at 8 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə Bağlar fərdi yaşayış massivində baş verib. Massivə qonaq gələn  2014-cü il təvəllüdlü Novruz Zeynallı küçədə atın hücumuna məruz qalıb. At təpiklə azyaşlını vuraraq kənara atıb.

Başının deşilmiş yarası və kürək nayihəsindən aldığı müxtəlif bədən xəsarətləri ilə yaralı uşaq xəstəxanaya çatdırılıb.

Ehtiram Muradov