"Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
"Unikal" xəbər verir ki, "com-bom" Portuqaliya millisinin və "Betis"in yarımmüdafiəçisi Villiam Karvalyonu heyətinə qatacaq. Artıq hər iki tərəf arasında danışıqlar gedir.
Qeyd edək ki, 30 yaşlı oyunçu keçən sezon Sevilya təmsilçisi ilə 49 oyunda 4 qol və 5 məhsuldar ötürmə edib.