İyunun 26-da saat 2 radələrində paytaxtın Sabunçu rayonunda dəhşətli yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Maştağa qəsəbəsi ərazisində Orxan Ələkbərovun idarə etdiyi “VAZ-2106” və S.Xəlilovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə O.Ələkbərov, sərnişinləri Rüstəm Musazadə və Həsən Cavadov hadisə yerində ölüb, S.Xəlilov xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.