Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
"Unikal" APA-ya istinadən məlumat verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə bildirib.
O, Putinin Azərbaycan, Türkmənistan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcəyini söyləyib.
Uşakov Rusiya prezidentinin, həmçinin Xəzər Sammiti çərçivəsində Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşəcəyini, onu yubileyi münasibətilə şəxsən təbrik edəcəyini söyləyib.
Uşakov xatırladıb ki, iyunun 29-da Xəzər Sammiti günü Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovun 65 illik yubileyi qeyd olunacaq.