Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yerli KİV-lərdən birinə açıqlamasında deyib.
Paşinyanın sözlərinə görə, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.
"Biz Laçın sakinlərinin problemlərini hökumətin qərarları ilə həll edirik. Əhali, təbii ki, evlə təmin olunmalıdır. Bu gün Laçında insanlar ailəvi yaşamırlar. Bu müddət ərzində bizim müzakirələrimiz olub, marşrutun dəyişdirilməsi ilə bağlı. İlkin razılıqlar əldə olunub. Bu dəyişikliyin məqsədi Qarabağ və Ermənistan üçün daha etibarlı, daha güclü əlaqə, daha yaxşı yol əlaqəsini təmin etməkdir və bu məsələ ilə bağlı əsas iş müzakirələrimiz rusiyalı tərəfdaşlarımızla aparılır, çünki dəhliz Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır. Marşrutun dəyişdirilməsi Rusiya sülhməramlıları yeni marşrut üzərində nəzarəti bərqərar etdikdən sonra baş verməlidir”.