Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci toplantısının iştirakçılarına müraciət edib.
"Unikal" xəbər verir ki, müraciətin mətnini Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsləndirib.
Müraciətdə deyilir ki, İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra ilk üzv olduğu təşkilatlarındandır. Azərbaycan daim İƏT-in fəaliyyətini dəstkləyib. Prezident həmçinin bildirib ki, İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.