Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ölkənin cənubunda və mərkəzində uçuşların qadağan edilməsini iyulun 6-dək uzadıb. Qadağa işğalçı ölkənin Ukraynaya qarşı hərbi əməliyyatları ilə bağlıdır.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvəqqəti məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlara şamil edilir.
Ümumilikdə 11 hava limanı uçuş məhdudiyyətlərinin təsirinə məruz qalıb.
Xatırladaq ki, iyunun 25-26-da Rusiya qoşunları Ukraynaya kütləvi raket zərbələri endirib və bu, son həftələrin ən böyük və koordinasiyalı hava zərbələrindən birinə çevrilib. Rusiyanın 6 Tu-22M3 hücum bombardmançı təyyarəsi Rusiyanın Kaluqa vilayətindəki Şaykivka aerodromundan havaya qalxaraq Smolensk üzərində uçub, daha sonra Belarusun hava məkanına daxil olub.
Təyyarələr Ukrayna ilə sərhəddən təxminən 30 mil məsafədə olanda Rusiya hava məkanına qayıtmazdan əvvəl ən azı 12 qanadlı raket atıblar.
Gülayə Mecid