“Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Masallının Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
"Unikal" xəbər verir ki, yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 km-a yaxın 10 kV-luq, 10 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Masallı rayonunun Eminli və Ərəb kəndləri ilə yanaşı, rayonun Xırmandalı və Mollaoba kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.