Dünyanın ən zəngin insanlarından biri olan Bill Qeytsin "Lana" adlı super yaxtası Bodrum sahillərinə yan alıb.
"Unikal" xəbər verir ki, dünyanın ən böyük superyaxtaları arasında 60-cı yerdə olan 200 milyon dollarlıq superyaxtanın həftəlik kirayəsinin 1,8 milyon avro olduğu bildirilib.
Yaxtanın içində kimin olması isə marağa səbəb olub.
Dəyəri 200 milyon dollar olan, uzunluğu 107 metr, eni 16 metrlik "Lana" superyaxtası yenidən Bodruma gəlib. 2020-ci ildə İtaliyanın Livorno şəhərində inşa edilən 3891 qros tonluq Lana Bodrum qalasının kənarında lövbər salıb.
Gövdəsi və üst göyərtəsi alüminium və poladdan hazırlanan yaxta ölçüləri ilə görənlərin diqqətini çəkir. “Lana” 8 kabinədə 16 qonağı qəbul etmək qabiliyyətinə malikdir və kapitan da daxil olmaqla 34 ekipaj üzvü tutumuna malikdir.
Qeyd edək ki, dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts ötən ilin oktyabr ayında da Lana ilə birlikdə Bodruma gəlmişdi. Geyts və onu müşayiət edən şəxslər UNESCO-nun Dünya İrs Siyahısına daxil olan və dünyanın ən əhəmiyyətli sualtı arxeologiya muzeyinə ev sahibliyi edən Bodrum qalasında 2 saat vaxt keçirmişdilər.
Gültəkin Ələsgər