Madriddə keçirilən NATO Zirvə Toplantısından sonra verilən açıqlamalara diqqət çəkən Yunanıstanın baş naziri Miçotakis prezident Ərdoğanla yenidən görüşmək istədiyini bildirib. O, Türkiyənin terrorla bağlı səbəblərini haqlı çıxarıb.

"Unikal" xəbər verir ki, Miçotakis, Prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüşəcəklərinə ümid etdiyini də bildirib :

"Cənab Ərdoğanla danışdıq. Düşünürəm ki, nə vaxtsa yenidən görüşəcəyik. Görüşməliyik. Sivil şəkildə, mehriban qonşuluq münasibətləri və beynəlxalq hüquq əsasında danışıb fikir ayrılıqlarımızı qarşılamalıyıq. Başqa söz yoxdur. Fikir ayrılıqlarımızı həll etmək üçün arxalana biləcəyimiz başqa bir şey yoxdur”.

Bütün NATO-ya üzv dövlətlərin diqqətinin Ukraynada olduğunu vurğulayan Yunanıstanın baş naziri başqa cəbhədə alyansın sabitliyi pozacaq hər hansı müzakirəyə tolerantlıq və ya anlayışı  olmadığını bildirib. 

Türkiyə, Finlandiya və İsveç arasında imzalanmış üçtərəfli memorandumla tanış olduğunu qeyd edən Miçotakis, Türkiyənin terrorla bağlı əsaslı səbəblərinin olduğunu bildirib:

"Açığını deyim ki, Türkiyənin kürd təşkilatlarından qaynaqlanan terrora yaxşı bəraət qazandıran əsasları var. Türkiyə bu cür terror aktlarının bədəlini çox ağır ödədi. Düşünürəm ki, Türkiyə bu cür terror aktlarının qarşılığını çox ağır ödədi. Bu anlamaqda çətinlik çəkmədiyimiz bir şeydir.

Yunanıstanın ABŞ-dan F-35 almaq üçün “niyyət məktubu” göndərdiyini bildirən Miçotakis, təyyarələrin Yunanıstana təhvil verilə biləcəyi ən yaxın tarixin 2027-ci il olduğunu qeyd edib.

Gültəkin