Filippində güclü zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Fillipinin Cagayan əyalətində 6 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 18:40-da baş verən 6 bal gücündə zəlzələnin episentrinin Namuak bölgəsindən 50 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Zəlzələnin yerin 35,4 kilometr dərinliyində baş verdiyi qeydə alınıb.