Odessanın Belqorod-Dnestr rayonuna hücum nəticəsində artıq 20 nəfər ölüb. Daha 38 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
***
09:05
Xəbər verdiyimiz kimi, Rusiya Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun raketləri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb. Hadisə nəticəsində 17 nəfər ölüb, 30 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
***
08:41
Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 3-ü uşaq olmaqla daha 30 nəfərin yaralandığını bildirib.
Dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfər xilas edilib.
***
08:14
Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.
“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - deyə məlumatda deyilir.
Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.
İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.