İsrailin "Yeş Atid" partiyasının lideri Yair Lapid iyunun 30-dan iyulun 1-nə keçən gecə rəsmi olaraq ölkənin baş naziri olub.
"Unikal" xəbər verir ki, bu barədə "Kan" radiosu bildirib.
Y.Lapid İsrail tarixində 14-cü baş nazir olub.
Öz növbəsində, baş nazirin aparatı öz Twitter səhifəsində gecə yarısı Nazirlər Kabinetinin yeni rəhbərinin rəsmi fotosunu yerləşdirib. Fotonun altında "İsrailin baş naziri Yair Lapiddir" deyilib.