Son zamanlar Rusiya Ukrayna şəhərlərini raketlə bombardmanlarını artırıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş müavini, general-leytenant İqor Romanenkonun sözlərinə görə, bunun bir neçə səbəbi var.
"Unikal" xəbər verir ki, bu barədə Romanenkonun yerli KİV-lərdən birinə müsahibəsində danışıb.
O, bəyan edib ki, Rusiya bununla həm Ukraynanın müttəfiqlərinə, həm də Ukraynanın özünə - rəhbərliyə və vətəndaşlara təzyiqləri artırır.
"Daxili komponentə gəlincə, bu, Ukrayna vətəndaşlarının ruhunu sındırmaq, cəmiyyəti hakimiyyətə təzyiq göstərməyə və kapitulyasiya danışıqlarına keçməyə məcbur etmək üçün onlara mənəvi-psixoloji təsirdir”, - Romanenko hesab edir.
Onun sözlərinə görə, bu cür danışıqlarda Rusiya Federasiyası Ukrayna ərazisinin 20%-nin ələ keçirilməsini qanuniləşdirmək istəyir.
Gülayə Mecid