"Kapital Bank" Sumqayıt şəhərində fəaliyyət göstərən məktəblərin şagirdləri arasında təşkil olunan ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.
"Unikal" xəbər verir ki, 28 iyun 2022-ci il tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 48 məktəb və liseyin tədris ilində fərqlənən 120-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.
Qeyd edək ki, 2014-cü ildən keçirilən layihə "Kapital Bank"la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB, PAŞA Həyat Sığorta və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilib.
Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holding"a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.