Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu "Facebook"da yazıb.
"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib.
***11:01
Türkiyənin Artvin bölgəsinin Kemalpaşa rayonunda baş verən torpaq sürüşməsində bir nəfər ölüb, daha 2 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Türkiyə KİV-lərində ölən şəxsin azərbaycanlı olduğu bildirilir. Qeyd olunub ki, bunu hadisədən sonra əraziyə gedən Artvin bölgəsinin bələdiyyə rəhbəri Yılmaz Doruk deyib.
Onu da deyək ki, sürüşmə Türtkiyəni Gürcüstana birləşdirən magistral yolda baş verib.
Bildirilib ki, yol kənarında dayanmış 4 yük maşını uçqun nəticəsində yararsız hala düşüb.
Ağarza Elçinoğlu
xxx
10:24
Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib
Bildirilir ki, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.
🇦🇿🇹🇷Qardaş ölkə Türkiyədə torpaq sürüşməsi baş verib.
— Unikal Media Group (@UnikalOrgPortal) July 1, 2022
Nəticədə bir azərbaycanlı həlak olub. 🥀#Turkiye #Azerbaycan
Daha çox məlumat üçün bizi izləyin: @UnikalOrgPortal 👈 pic.twitter.com/aHVmhWIDRB