Qara dənizin bloku dərhal açılmasa, ərzaq böhranının nəticəsi Avstriyaya da çatacaq miqrasiya sunamisi olacaq.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Sadəcə baş verənlərə baxın. Görün bir dövlət nə qədər asanlıqla genişmiqyaslı təhlükə, bir çoxları üçün təhlükəli dalğa yaradıb. Məsələn, genişmiqyaslı aclıq təhlükəsi. Rusiya Qara dənizi bağladı - bu, heç kimə sirr deyil. İndi Afrikada, Asiyada, Avropada milyonlarla sadə insan girovdur, biz hamımız girovuq. Siz onun girovusunuz. Çünki bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin bloku dərhal açılmasa, hətta Avstriya hələ dənizdən uzaqda yerləşsə də, o zaman qida böhranının nəticəsi hətta onlara belə çatacaq", - o, Vyanada keçirilən 4GameShangers festivalının iştirakçılarına videomüraciəti zamanı deyib.
Zelenski həmçinin vurğulayıb ki, Avropa Rusiyanın enerji resurslarından asılı olmamalıdır və 2022-ci ildə növbəti qışın fəlakətli keçməməsi üçün vaxt lazımdır.
Ağarza Elçinoğlu