Siyası səhvləri ilə tez-tez gündəmdə olan ABŞ prezidenti Co Bayden dünən başa çatan NATO sammitində ənənəni pozmayıb.
"Unikal" xəbər verir ki, Bayden NATO-ya üzvlüyün yolunu açan İsveçin yerinə neytral siyasətlərini davam etdirən İsveçrənin NATO-ya üzv olacağını bildirib.
Belə ki, Madriddə keçirilən sammitin bağlanışında təşkil edilən mətbuat konfransında Bayden səhvən İsveç əvəzinə İsveçrə deyib. Səhvini tez anlayan Bayden, İsveç və Finlandiyanın NATO-ya qoşulması prosesinə toxunaraq, “Alyansın genişlənmə prosesindən bir az narahat ola bilərəm” , - deyə ifadə edib.
Gülayə Mecid