İyulun 1-dən Çexiya Avropa İttifaqına sədrliyi Fransadan təhvil alıb.
"Unikal" xəbər verir ki, Çexiyanın prioritetləri arasında ilk növbədə Ukraynanı dəstəkləmək və ölkəyə daha çox iqtisadi və hərbi yardım göstərilməsini təmin etməkdir.
Aİ-də Ukraynaya silah və texnikanın verilməsində ən çox dəstək verən ölkələr sırasında olan Çexiya Ukraynanın yenidən qurulmasına üstünlük verəcək.
Təxminən 350 min ukraynalı qəbul edən Çexiya, qaçqın böhranının təsirləri ilə bağlı ən çox zərər çəkən ölkələrə yardıma üstünlük verəcək.
Gülayə Mecid