Beynəlxalq kriminal polis təşkilatı tərəfindən iki il axtarışda olan Rusiya vətəndaşı Ukrayna ərazisində saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
"SBU-nun əks-kəşfiyyat əməkdaşları rusiyalının Litva Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşlarının cinayət məsuliyyətindən yayınmaq üçün Ukrayna ərazisində gizləndiyini müəyyən ediblər. Həmin şəxs maliyyə alətləri ilə bağlı ağır cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilib. Cinayətkar Xmelnitskidə qanuniləşdirməyə çalışıb. Lakin planı baş tutmayandan sonra o, qaçaraq Kiyev gəlib. Hazırda əcnəbiyə ekstradisiya həbsinin tətbiqi məsələsi həll edilir. Onun Ukraynada cinayət törətməkdə mümkün əli olub-olmaması da yoxlanılır", - deyə məlumatda qeyd olunub.
Gülayə Mecid