Məlum olduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanları bu il də 2 dəfə - fevralın 20-də və mayın 29-da keçirilib.

Dövlət İmtahan Mərkəzindən "Unikal"a verilən məlumata görə, hər iki imtahanla bağlı ümumi statistik göstəricilər və bəzi göstəricilərin ötən il keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatlar təqdim edilib.

2022-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 20822 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 22007 nəfər idi. Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 50-dən yüksək (median 50.84) olub. Ötən il bu göstərici 50 baldan aşağı (median 49.61) idi. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 74 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 593 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 2245 nəfər olub. Ötən il analoji göstəricilər 35, 392 və 1938 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha çoxdur.

Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib.

Aşağıdakı cədvəllərdə bakalavrların 2022 və 2021-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış olmaq mümkündür:

2022-ci il

İştirakçıların sayı : 20822

Bal

intervalları

Bakalavrların sayı

(tezliklər)

0 - 0

1

1 - 5

1

6 - 10

15

11 - 15

69

16 - 20

244

21 - 25

602

26 - 30

971

31 - 35

1319

36 - 40

1820

41 - 45

2282

46 - 50

2634

51 - 55

2689

56 - 60

2465

61 - 65

1959

66 - 70

1506

71 - 75

1015

76 - 80

637

81 - 85

346

86 - 90

173

91 - 95

60

96 - 100

14

2021-ci il

İştirakçıların sayı : 22007

Bal

intervalları

Bakalavrların sayı

(tezliklər)

0

2

1 - 5

3

6 - 10

6

11 - 15

55

16 - 20

187

21 - 25

485

26 - 30

973

31 - 35

1573

36 - 40

2207

41 - 45

2756

46 - 50

2992

51 - 55

2822

56 - 60

2570

61 - 65

1994

66 - 70

1444

71 - 75

940

76 - 80

606

81 - 85

272

86 - 90

85

91 - 95

32

96 - 100

3