"Uşaqlar arasında yayılan virus mövsümüdür".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bununla bağlı valideynlərə müraciət edib. O qeyd edib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır:
"Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil".