Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini və 11 pilotsuz uçuş aparatını vurub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Xarkov vilayətinin Barvenkovo və Kurulka yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub. Həmçinin, ötən sutka ərzində "DXR", Xarkov və Zaporojye vilayətlərində Ukraynaya məxsus 11 PUA vurulub”, - məlumatda qeyd olunub.