Türkiyə prezidenti ölüm hökmünün bu ölkənin cəzalarına qaytarılmasının mümkünlüyünü açıqlayıb.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, parlament ona ölüm hökmü ilə bağlı qanun layihəsi göndərsə, yəqin ki, bu cəzanın bərpasını təsdiq edəcək.

Türkiyənin ədliyyə naziri ölkə meşələrində qəsdən törədilən yanğınlara toxunaraq, Türkiyədə edam cəzasının bərpası üçün prezidentlə məsləhətləşmələr apardığını elan etmişdi. Türkiyədə bu cəza 2004-cü ildə ləğv edilib. Türkiyə Avropa Birliyinə üzv olduğu üçün bu tədbiri ləğv edib.

Ədalət və İnkişaf Partiyasının millətçi müttəfiq Dövlət Bahçeli də bu fikri dəstəkləyib və bildirib ki, cəza terror, zorlama və qadınların öldürülməsini əhatə etməlidir.

Gültəkin