İranın Kirman əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" iran mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar Kirman əyalətinin Nodej bölgəsində yerin 10 kilometr dərinliyində baş verib.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
İranın Kirman və Hörmuzqan əyalətlərində bir neçə ardıcıl zəif təkanlar qeydə alınıb.