Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində təcili makromaliyyə yardımının birinci tranşının ayrılmasını təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Tvitter hesabında məlumat verib.
"Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək", - o deyib.
AK rəhbəri qeyd edib ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.
"Mən Ukraynanın Avropa gələcəyinə inanıram. Bu, sizin gələcəyinizdir və bunu yalnız siz edə bilərsiniz. Siz bu ölkəni yaxşılığa doğru dəyişə bilərsiniz və bu, sizin son qələbəniz olacaq. Suveren Ukrayna bizim Avropa ailəmizə bilrəşəcək”, o yazıb.
Bundan əvvəl Avropa Komissiyasının Ukraynaya doqquz milyarda qədər makromaliyyə yardımı göstərməyə hazırlaşdığı bildirilirdi.
Ramil Zeynallı