Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) alim Dmitri Kolkeri Çinə dövlət sirlərini ehtiva edən məlumatları verdiyi səbəbilə xərçəngdən müalicə aldığı xəstəxanada saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə rus alimin oğlu Maksim Kolker məlumat verib. Novosibirsk Dövlət Universitetinin Kvant Optik Texnologiyaları Laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Dmitri Kolker 4-cü mərhələdə xərçəng xəstəliyindən müalicə aldığı Novosibirskdəki xəstəxanada Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb. Eyni vaxtda keçirilən əməliyyatla rusiyalı alimin yaşadığı mənzilə daxil olan kəşfiyyat xidmətinin əməkdaşları evdə axtarış aparıblar. Alim Kolkerə məxsus şəxsi sənədlər müsadirə edilib
İstintaqın məxfiliyi səbəbiylə əməliyyat zamanı vəkillərinə məlumat verilmədiyini qeyd edən Maksim Kolker, apardığı araşdırmalar nəticəsində atasının dövlət sirlərini ehtiva edən məlumatları Çinə verməkdə ittiham olunduğunu öyrəndiyini bildirib. Məhkəmə prosesləri başa çatdıqdan sonra Kolker Moskvada məhkəmədə mühakimə olunacaq.
Gültəkin Ələsgər