Rusiyanın Ukraynaya qarşı müharibəsi Aİ-ni Şərq Tərəfdaşlığı ölkələri ilə birləşdirən nüvəni qırıb.
"Unikal" xəbər verir ki, bu barədə dünən İrəvanda jurnalistlərlə görüşündə Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şulze bildirib.
Onun sözlərinə görə, bu ölkələrlə münasibətlər indiyədək qarşılıqlı etimad əsasında inkişaf edib:
“Müharibənin Şərq Tərəfdaşlığı ölkələrinə təsiri var. Biz islahatlar yolunda olan ölkələrlə əlaqələri inkişaf etdirməyə yönəlmişik. Demokratik islahatlarda irəliləyiş əldə edən Ermənistan da bu ölkələrdən biridir”, - Şulze əlavə edib.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələri Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynadır.
Gültəkin Ələsgər