"Bir ay olar ki, mənim və 10-a yaxın vətəndaşın Tik-Tok hesabına proqramist adı ilə daxil olan şəxs külli miqdarda pulumuzu mənimsəyib".
"Unikal" xəbər verir ki, bu barədə teleaparıcı Vüsalə Şahvəliqızı "Facebook" hesabında yazıb.
O, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini bildirib:
"Şikayətimizi diqqətə alan Azərbaycan Polisi qısa zamanda operativ şəkildə həmin proqramisti saxladı".