Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukrayna hərbçilərinin Lisiçanskda müttəfiq qüvvələr tərəfindən tam mühasirəyə alındığını elan edib. 

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan lideri "Telegram" kanalında yazıb. 

"Əməliyyat məlumatını hörmətli, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev verib", - Kadırov bildirib və tezliklə şəhərdə genişmiqyaslı hücumun başlayacağını qeyd edib. 

Kadırovun sözlərinə görə, qəsəbədən bütün giriş-çıxışlar bağlanıb, ona görə də ukrayna ordusunun gedəcək yeri yoxdur: "Çox səy göstərsəniz belə, sıx mühasirə halqasını aça bilməyəcəksiniz". 

Ağarza Elçinoğlu