Polşa Almaniya hakimiyyət orqanlarından İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya almaq istəyib.

"Unikal" xəbər verir ki, bunu Belostokda Polşanın hakim "Hüquq və Ədalət" partiyasının rəhbəri Yaroslav Kaçinski deyib.

Kaçinskinin fikrincə, təzminat mövzusunu unutmaq olmaz: "Biz geri çəkilə bilmərik, üzüyola ola bilmərik. Çünki bunun sonu həmişə pis olur", - deyə siyasətçi yekunlaşdırıb.

Ağarza Elçinoğlu