Rus ordusunun bu gen tutduğu Ukraynanın Lisiçansk şəhərindəki inzibati binanın üzərində SSRİ bayrağı qaldırılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a özünü elan etmiş Luqansk Xalq Respublikasının xalq milislərinin polkovnik-leytenantı Andrey Maroçko bildirib.
Bundan əvvəl şəhərin tamamilə müttəfiq qüvvələrin nəzarətinə keçdiyi bildirilmişdi.
xxx
20:28
Rusiya Silahlı Qüvvələri Lisiçansk şəhərini nəzarətə götürüb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti"nin məlumatında qeyd olunub.
Daha əvvəl özünü elan etmiş LXR-nin xalq milis polkovnik-leytenantı Andrey Maroçko bildirib ki, Lisiçanskda Ukrayna təhlükəsizlik qüvvələrinin yerli müqavimət mərkəzləri hələ də qalır, lakin onlar əhəmiyyətsizdir. Polkovnik-leytenantın sözlərinə görə, şəhərdə "millətçilər döyüş effektivliyini və nəzarəti itiriblər".
Ağarza Elçinoğlu