Rusiya prezidenti Vladimir Putin artıq qaz şantajı, süni miqrasiya böhranı və  təbliğat vasitəsilə Avropa ilə müharibə aparır. 

"Unikal" xəbər verir ki, bu barədə Ukayna Prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. 

"Qaz şantajı, qiymət artımı, süni miqrasiya böhranı, kiberhücumlar, təbliğat... Bu elementlərin hər biri böyük mənzərənin bir hissəsidir: Putinin nöqteyi-nəzərindən o, artıq Avropa ilə müharibə aparır". 

Podolyakın sözlərinə görə, bir çox Avropa liderləri bunu artıq başa düşüb.

"Başqaları təhlükəli illüziyalarla tez vidalaşmalıdırlar" - müşavir vurğulayıb. 

Gülayə Mecid