Son 100 ilin ən dəhşətli sel fəlakətinin yaşandığı Banqladeşdə təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 100-ü keçib.

"Unikal" xəbər verir ki, səlahiyyətlilər son 24 saatda ölənlərin ümumi sayının daha 7 nəfər olmaqla 102-yə yüksəldiyini bildirib.  Bu şəxslərdən 75-i suda boğularaq, 15-i ildırım vurmasından, digərləri isə su yoluxucu xəstəliklərdən dünyasını dəyişib.

Ərazinin çox hissəsini su basıb, evlərə və əkin sahələrinə ciddi ziyan dəyib.