İraqın keçmiş baş naziri Nuri əl-Malikinin rəhbərlik etdiyi Hüquq Dövləti Koalisiyası baş nazirliyə namizədlərin Maliki olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, İraqda Hüquq Dövləti Koalisiyasının müavini Məhəmməd əs-Seyhud yerli mətbuata verdiyi açıqlamada, keçmiş baş nazir Nuri əl-Malikinin liderliyindəki koalisiya olaraq dünən toplantı keçirdiklərini bildirib.

Sayhud bildirib ki, iclasda Malikinin qurulması gözlənilən yeni hökumətin baş naziri vəzifəsinə namizəd göstərilməsinə qərar verilib.

Maliki sosial media hesabından verdiyi açıqlamada, “Gələcək hökumət bütün iraqlılar üçün xidmət yönümlü bir hökumət olma mesajını verməli, seçkilərə qatılan-qatılmayan heç kəsi kənarda qoymamalı və ya kənarlaşdırmamalıdır",-  ifadəsini  işlədib. 

Bildirək kiş 2003-cü ildən sonra iki dövr baş nazir olan və məzhəbçi siyasətləri ilə tanınan Malikinin baş nazirliyinin son aylarında İŞİD  terror təşkilatı ölkənin üçdə birini ələ keçirmişdi.