Türkiyə və Ukrayna hərbi nümayəndə heyətlərinin görüşü keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
MSB-dən verilən açıqlamada, "Türkiyə və Ukrayna hərbi nümayəndə heyətləri 4 iyul 2022-ci il tarixində Milli Müdafiə Nazirliyində görüş keçirib. Görüşdə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb"-deyə bildirilib.