Meksikanın şərqindəki Verakruz əyalətində eyni ailənin 7 üzvü silahlı hücum nəticəsində həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Boka del Rio şəhərinin Mayo Sur rayonunda gecə yarısı bir ailəyə hücum edilib.
Hücumda eyni ailədən 3 qadın və 1 uşaq olmaqla cəmi 7 nəfər həyatını itirib.
Xəbərin ardından hadisə yerinə gələn polis qrupları evdə olan insanların öldüyünü təsdiqləyib.
Gücləndirilmiş təhlükəsizlik qüvvələrinin dəstəyi ilə şübhəlilərin tutulması üçün əməliyyat başladılıb.