Yəmənin cənubundakı Ebyan əyalətində silah anbarında partlayış baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yerli sakinlər bildiriblər ki, müxtəlif silahlar, bombalar və partlayıcı maddələr olan anbarda baş verən şiddətli partlayış panikaya səbəb olub.