Böyük Britaniyada istefa verən iki nazirin yerinə yeniləri təyin olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təhsil naziri vəzifəsini icra edən Nadim Zahavi Britaniyanın yeni maliyyə naziri, Nazirlər Kabinetinin Baş qərargah rəisi Stiv Barkley isə səhiyyə və sosial müdafiə naziri təyin olunublar.

***22:06

Maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid baş nazir Boris Consonla bağlı bir sıra qalmaqallar fonunda istefa veriblər. Hər iki nazir etik səbəblərdən hökumətin üzvü olmağa davam etməyin mümkünsüzlüyünə işarə edib.

"Unikal" xəbər verir ki, bu barədə səhiyyə naziri Sacid Cavid tvitter səhifəsində məlumat yerləşdirib:

"Bu rolu oynamaq böyük şərəf idi, lakin təəssüf edirəm ki, daha vicdanımla davam edə bilmərəm"- bildirib.

Sunak həmçinin tvitter hesabında yazıb ki, bunun onun son nazir rolu ola biləcəyini etiraf etsə də, kabinet naziri olaraq qalmağı mümkün görmür: 

“İnsanların hökumətin düzgün, bacarıqlı və ciddi şəkildə idarə olunmasını gözləmək hüququ var. Hesab edirəm ki, yüksək standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də mən istefa verirəm”, – deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.

Keçən həftə Böyük Britaniya parlamentinin İcmalar Palatasında hakim Mühafizəkarlar Partiyasının baş təşkilatçısının müavini Kris Pinçerin sərxoş halda iki nəfəri dövlət müəssisəsinə dəvət etməsi məlum olanda Conson ətrafında daha bir qalmaqal yarandı. Baş verənlər fonunda Pinçer vəzifəsini tərk etmək məcburiyyətində qaldı. Eyni zamanda məlum olub ki, əvvəllər Pinçeri yüksək partiya və hökumət postlarına təyin edən Conson 2017-ci ildə Britaniya parlamentində təqiblərlə bağlı parlament araşdırmasında artıq müttəhim olduğunu bilirmiş.

Gültəkin Ələsgər