Ötən gün baş nazirlik vəzifəsindən istefa verən Boris Consonun baş nazir iqamətgahına xərclədiyi pulun dəyəri ortaya çıxıb.

"Unikal" xəbər verir ki, "İndepedent"in məlumatına görə, Conson baş nazir iqamətgahı üçün 200 min funt xərcləyib. Belə ki, eks-nazir iqamətgaha 7 min funt xalça, 3675 funt sterlinq masa və 4 min 575 funt dəyərində divar kağızı alıb. 

Conson cütlüyünün aldığı ən ucuz aksesuar mətbəx masasının örtüyü olub. Amma bunun qiymətinin 500 funt olduğu qeydə alınıb. Daxili dizayner Lulu Lytlenin şirkəti Soane Britain tərəfindən inşa edilən məkanın içindəki işıqlandırmaya 6 min funt sterlinq xərcləndiyi də müəyyən edilib.

Boris Conson dünən verdiyi açıqlamada "Dünyanın ən yaxşı işi İngiltərənin baş naziri olmaq idi. Bu işi tərk etməli olduğum üçün üzr istəyirəm",-  deyib. 

Gülayə  Mecid