Ermənistanda aksiya başlayıb.

"Unikal" xəbər verir ki, Silikyan məhəlləsindən Haqtanak məhəlləsinə (chorord gyugh) doğru olan hissədə çoxlu sayda insan etiraz əlaməti olaraq tikilməkdə olan Şimal-Cənub yolunu iki istiqamətdə bağlayıb.

Aksiya iştirakçıları gileylənirlər ki, bir aydan çoxdur ki, sözügedən seqmentdə tikinti işləri aparılır, nəticədə toz qalxır. Etirazçıların sözlərinə görə, ötən gün İrəvan merinin adından onlara problemin həll olunacağı deyilib, amma heç kim heç nə həll etmir.

Aksiya iştirakçıları yolu hər iki tərəfdən bağlayıb nəticədə bir neçə kilometrlik tıxac yaranıb.