Avropa Kosmik Agentliyinin (ESA) Rəhbərlər Şurası ExoMars proqramı üzrə Roskosmos ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə agentliyin baş direktoru Yozef Aşbaxer məlumat verib.

"Bu gün ESA Şurası ExoMars rover və eniş platformasını müzakirə edərək, Roskosmos ilə əməkdaşlığın dayandırılmasına səbəb olan halların - Ukraynadakı münaqişənin və bununla bağlı qəbul edilmiş sanksiyaların üstünlük təşkil etdiyini etiraf edib" - o, Twitter-də yazıb.

"Nəticədə şura mənə Roskosmos ilə rover və ExoMars platformasında hazırda dayandırılmış əməkdaşlığımı rəsmiləşdirib. Digər tərəfdaşlarla necə davam etmək barədə yeni ideyalar iyulun 20-də keçiriləcək media brifinqində təqdim olunacaq.