Böyük Britaniyanın Baş naziri postuna və Mühafizəkarlar Partiyasının liderliyinə seçim üçün səkkiz namizəd qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə parlament komitəsinin rəhbəri Qrem Bredi məlumat verib.

Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalıdır.

Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasında 358 deputatı var.

İyulun 13-nə təyin edilmiş səsvermənin birinci raundunda keçmiş xəzinədarlıq naziri Rişi Sunak, xarici işlər naziri Liz Trass, ticarət nazirinin müavini Penni Mordont, maliyyə naziri Nadim Zahavi, keçmiş xarici işlər naziri Ceremi Hant, xarici işlər naziri Britaniya İcmalar Palatasının komitəsi parlament üzvü Tom Tugendhat, İngiltərə və Uels üzrə baş prokuror Sue-Ellen Braverman və deputat Kemi Baidnock iştirak edəcək.