NATO-nun baş katibi Yens Stoltenberq PKK-ya qarşı əməkdaşlığa diqqət çəkərək, PKK-nın Aİ tərəfindən terror təşkilatı kimi tanındığını deyib.

"Unikal" xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Aİ-NATO əməkdaşlığı və Madrid Sammitinin yekunlarına dair sessiyasında iştirak edib və deputatların suallarını cavablandırıb.

AB ilə NATO arasında yeni ortaq bəyanatın gündəmdə olduğunu bildirən Stoltenberq, "Ən qısa zamanda bunun üzərində işə başlayacağıq" deyib.

Stoltenberq bəyan edib ki, bəyannamə Aİ və NATO tərəfindən müəyyən edilmiş 74 birgə layihənin həyata keçirilməsi və prioritetlərin konturları üçün vacibdir.

“Bizim diqqətimiz  Ukraynanın müstəqil mübarizəsində qələbəsidir”

Ukraynaya dəstək məsələsinə toxunan Stoltenberq, "Hazırda diqqət Ukraynanın müstəqil və suveren bir xalq kimi qalib gəlməsinə kömək etmək üçün dəstəyin verilməsinə yönəlib. Diqqət hazırda üzvlük deyil, əlbəttə ki, müdafiə və təhlükəsizliyin təmin edilməsinə kömək etmək, dəstəkləmək və modernləşdirməkdir. Bizim gördüyümüz işlər nə vaxtsa Ukraynanı üzvlüyə yaxınlaşdıracaq”, - deyə o bildirib. 

"Üçtərəfli memorandum ictimaiyyət üçün açıqdır. İstənilən şəxs oxuya bilər. Nə razılığa gəldilərsə, orada yazılıb. Nə çox, nə də az ", - Stoltenberq bildirib . 

Memorandumda əsas mesajın üç ölkənin terrorla mübarizədə daha çox birlikdə çalışacağı olduğunu ifadə edən Stoltenberq, "PKK AB-yə görə terror təşkilatıdır. PKK İsveç, Finlandiya və digər ölkələr tərəfindən terror təşkilatı kimi qəbul edilir. Bütün Aİ üzvləri kəşfiyyat məlumatlarını paylaşmaq, birlikdə işləmək və ekstradisiya tələblərinə cavab vermək vacibdir" deyib. 

Stoltenberq ekstradisiya tələbləri ilə bağlı qərarların daxili qanunlar və Ekstradisiya haqqında Avropa Konvensiyası çərçivəsində veriləcəyini bildirib. İki ölkənin üzvlük proseslərinin başa çatması ilə bağlı Stoltenberq deyib:

"Bizim 30 parlamentin ratifikasiyasına ehtiyacımız var. Siz öz milli parlamentlərinizdəki dostlarınızla danışaraq, onları İsveç və Finlandiyanın üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyə təşviq etməklə mənə kömək edə bilərsiniz."