Rusiya ilə müharibə başlayandan bəri doqquz milyondan çox insan Ukrayna sərhədini keçib.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına istinadən yazır.

 “Rusiyanın ölkəyə müdaxiləsindən sonra Ukraynadan 9 milyondan çox insan sərhədi keçib”, - deyə  bəyanatda bildirilib. 

Qeyd olunur ki, fevralın 24-də BMT-də Ukraynadan ümumilikdə 9 136 006 sərhəd keçidi qeydə alınıb.