İspaniyanın cənubundakı Əndəlüs bölgəsində bu gün günorta saatlarında başlayan meşə yanğınında 2300 vətəndaşın təxliyə edildiyi bildirilib.

"Unikal" xəbər verir ki, İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən Mijas dağlıq ərazisində meşə yanğını aşkarlanıb.

Yanğında alov sürətlə yayıldığı üçün əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib.

Əndəlusiya Bölgəsi Xilasetmə və Fövqəladə Hallar Qrupunun (GREA) məlumatına görə, alov indiyədək 800 hektardan çox əraziyə yayılıb. Hadisə şahidləri bildiriblər ki, yanğının yaratdığı tüstü və alov hətta kilometrlərlə uzaqdan da hiss olunub. Səlahiyyətlilər yanğının güclü külək və sıx ağaclar kimi səbəblərdən sürətlə yayıldığını bildirərkən, alov bölgədəki yaşayış sahələrini təhdid edib.

Mijas ətrafındakı Alhuarin el Grande və Alhuarin el Torre qəsəbələrində yaşayan 2300 adam təhlükəsizlik səbəbiylə evlərindən təxliyə edilərkən, ətrafda yaşayan digər vətəndaşlara da təhlükədən mənfi təsirlənməmək üçün pəncərə və qapılarını bağlı saxlamaları barədə xəbərdarlıq edilib. Alov bölgədəki A-404 avtomobil yoluna çatdığından yolun 9 kilometrlik hissəsinin hər iki istiqamətdə nəqliyyat üçün bağlandığı öyrənilib. Əndəlüs Meşə Yanğınla Mübarizə Xidmətinin (INFOCA) verdiyi açıqlamaya görə, alovla mübarizə davam edir. Yanğının söndürülməsi üçün bölgədə 120 yanğınsöndürən və 5 yanğınsöndürən maşın çalışarkən, söndürmə işlərinə 8 təyyarə və 7 helikopter havadan dəstək verir.