Rusiyanın Saxalin vilayətində Ebeko vulkanı püskürüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, bir neçə saat əvvəl Şimali Kuril şəhərindən 7 km məsafədə yerləşən Ebeko vulkanının püskürməsi nəticəsində kül buludu təxminən 3 000 metr yüksəkliyə qalxıb. Şəhər havasında kükürd qoxusu hiss edilmir, insan həyatı üçün təhlükə yoxdur.