Son sutkada Rusiya ordusu Xəzər dənizindən Ukraynaya 6 raket atıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, raketlər “Tu-95MS” bombardmançı təyyarədən atılıb. Onlardan 4-ü Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib.

Digər iki raket isə Çerkassı vilayətində boş əraziyə düşüb.