Əvvəlki illərdən bağlı qalmış 12 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, 2022-ci ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən 12 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.
Onlardan 8-i baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, digərləri üzrə isə istintaq tədbirləri davam etdirilir.